“Günahkar axtarmağa ehtiyac yoxdur” – “Sumqayıt”ın məşqçisi
“Sumqayıt”ın məşqçisi Mübariz Orucov Premyer Liqanın 15-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Zədəli oyunçularımız var deyə, rotasiyalar edə bilmirik. Bəzi oyunçularımıza çox güc düşür. Uzun səfər idi, yol amili də var idi. Bütün çətinliklərə baxmayaraq, ikinci hissənin ilk 10 dəqiqəsini çıxmaq şərtilə komanda yaxşı oynadı. Komandadan razı qaldıq. Düzdür, qələbə qazanmaq istəyirdik, amma əlimizdən çıxdı. Bir xala da şükür. Günahkar axtarmağa ehtiyac yoxdur. Səhv olubsa, hamımızındır. Komanda pis oynamadı, normal çıxış etdi. Onu oyuna analiz edəndə, baxacağıq. Hansı səhvlər etdiyimizi görəcəyik. Soyuq başla hamısını analiz edəcəyik. Komandanın yaxşı futbol oynamasını, yaxşı yerlərdə olmasını istəyirdik. Cəmi 15 tur geridə qalıb. Turnir cədvəlində də xal fərqləri çox deyil. Bir-iki oyunda uduzanda, 7-8-ci pilləyə yuvarlanmaq mümkündür”.
Bizi Facebook-da izləyin