Rəşad Sadıqov: “Sumanın günahı varsa, böyük cəza alacaq”
Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında “Zirə” Moldovanın “Şerif” klubuyla qarşılaşıb.
Komanda.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan Bakı klubunun çalışdırıcısı Rəşad Sadıqov mətbuat konfransında məyus olduğunu bildirib:
“Oyunu şərh etmək çox çətindir. “Qırmızı”ya qədər hər şey lehimizə idi. Rəqibi təziyiqdə saxlayıb hesabı artırmağa çalışdıq. Uşaqlar yaxşı mübarizə apardılar. Məyusedici hal odur ki, rəqibə qol epizodu vermədən iki top buraxdıq. Məyusuq. Futbolçularıma əzmkar mübarizələrinə görə təşəkkür etmək istəyirəm.
Rəqibin oyun fəlsəfəsi, “asmalar”, bunlara görə dəyişikliklər etdim. Rüstəm Əhmədzadənin işi çətin idi, öndə tək oynadı. Hakim onun oyununa imkan vermirdi. Hər bir təmasda oyunu dayandırırdı. Ümumiyyətlə, hakimlikdən danışmaq istəmirəm. Ehtiyat etdiyimiz, narahat olduğumuz mövqelərdən qol buraxdıq. Salifu Sumanın “qırmızı” aldığı epizoda baxmamışam. Təbii ki, günahı varsa, böyük cəza alacaq”.
“Zirə” Avropa Liqasının təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna məğlub olub. Qarşılaşmanın əsas vaxtı 2:1 hesabıyla “Şerif”in xeyrinə nəticələnib. Əlavə vaxtı heç-heçə bitən matçın taleyinə penaltilər seriyasından sonra aydınlıq gəlib – 4:5.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin