Güllə atıcılarımız Hannoverdə daha 2 medal qazandılar
Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə yığmasının üzvü Kamran Zeynalov odlu silahdan (tapança) 50 metrəyə atışın fərdi yarışında gümüş medala sahib çıxıb.
Komanda.az xəbər verir ki, komanda yarışında isə iştirak edən millimiz (Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayeva) Hannoverdə keçirilən beynəlxalq turnirdə odlu silahdan (tapança) 50 metrəyə atışda bürünc medal qazanıb.
Xatırladaq ki, bu turnir 17-29 sentyabr 2023-cü ildə Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır. Yarışlar davam edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin