
Türkiyəli futbolçu “Real”ın azarkeşlərinə təşəkkür etdi
“Real”ın yarımmüdafiəçisi Arda Gülər komandanın azarkeşlərinə təşəkkür edib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, türkiyəli futbolçu azarkeşlərə verdikləri dəstəyə görə təşəkkürünü çatdırıb:
“Bütün “Real” azarkeşlərinə təşəkkür edirəm”.
“Real” mayın 4-də evdə “Kadis”ə 3:0 hesabı ilə qalib gəlib və vaxtından əvvəl İspaniya çempionu olub.
Arda Gülər İspaniya klubunun heyətində bütün yarışlarda 9 oyun keçirib və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin