Azərbaycanlı güləşçi erməniyə qalib gəldi

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə fərdi dünya kuboku sona yaxınlaşır.

Komanda.az xəbər verir ki, altıncı yarış günündə 61, 65, 79, 86 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub. Azərbaycanlı güləşçi Əhmədnəbi Qvarzatilov 1/8 finalda Fransanı təmsil edən erməni Arman Eloyanla üzləşib. İdmançımız rəqibini 9:5 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib.

Qvarzatilovun növbəti rəqibi bolqarıstanlı Georgi Valentinov Vangelov olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button