“Güclünün tərəfində olmağa nə var ki?” – Azər Bağırov

“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Qarabağ”ı təbrik edirəm. İllərdir ki, onlara döyüş verən komandalar yoxdur. Allah qoysa, gələcəkdə yaxşı olar. Komandaların büdcəsi yüksələr, yaxşı mübarizə görərik. Rəqibə çatdıra bilmədik. Bu da ehtiyat skamyamızın kasadlığından irəli gəlir. Bunları aradan qaldırmaq olar. İlk hissədə “Qarabağ”a yaxşı müqavimət göstərdik. Sonuncu oyundan sonra bəzi məsələləri bir yerdə həll edəcəyik.

VAR-a gedəndə müsbət qərar rəqib tərəfə verilir. Bizdə əksinə oldu. Yəqin ki, hakimlərin bildiyi nəsə var. Rəvan Həmzəzadə güclü hakimlərimizdən biridir. Üçüncü dəfədir ki, “Qarabağ”la oyunumuzu idarə edir. Tovuzdakı 0:5 hesablı məğlubiyyətimizdə də Rəvan idi. Sağ olsunlar. 34 milyonluq “Qarabağ”a qarşı 3 milyonluq “Kəpəz” oynayanda simpatiyanı bu tərəfə etmək olar. Bizdə nədənsə, zəiflərə qarşı antipatiya var. Başa düşmürsən ki, niyə belə olur. Həmişə zəifin tərəfində oluruq. Güclünün tərəfində olmağa nə var ki? Doğru deyil. Yəqin ki, bildikləri nələrsə var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button