ÇL: “Əminəm ki, hər şey yaxşı olacaq”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin Dortmund “Borussiya”sı ilə cavab oyunu haqda danışıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, qarşılaşma ilə bağlı gözləntilərinin yüksək olduğunu bildirib:

“Güclü rəqibə qarşı oynayacağıq. Oyun yüksək tempdə başlayacaq, ona görə də geri qala bilmərik. Əminəm ki, hər şey yaxşı olacaq. Komandamız əla vəziyyətdədir, Çempionlar Liqasında böyük nailiyyətlərə hazırıq. Mən böyük futbol gözləyirəm”.

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə “Borussiya” arasında ilk oyunu 2:1 hesabı ilə ispaniyalıların xeyrinə başa çatıb. Cavab oyunu bu gün Dortmundda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button