“Güclü rəqibə qarşı əla oyun”
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo PSJ ilə dünən baş tutan yoldaşlıq görüşündən (0:0) danışıb.
Komanda.az portuqaliyalı futbolçunun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, 38 yaşlı forvard komandasının PSJ-yə qarşı performansını bəyəndiyini bildirib:
“Güclü rəqibə qarşı əla oyun. Hazırlıq işləri davam edir. Yaponiyada möhtəşəm qarşılanma”.
Portuqaliyalı hücumçu 2023-cü ilin yanvarında “Əl-Nəsr”ə keçib. O, ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin