
Arteta: “Çox xoşbəxtəm”
“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının ikinci turunda “Olimpiakos”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, oyuna görə futbolçularına minnətdar olduğunu söyləyib:
“Güclü rəqibə qalib gəldik və qol buraxmadıq. Çox xoşbəxtəm. Komanda oyuna yaxşı başladı, qol vurdu və gözəl şanslar yaratdı. Sonra bir az da “qapını açdıq”. David Rayanın seyvləri bizə kömək etdi. Bu oyundakı performanslarına görə oğlanlara minnətdaram”.
İngiltərə klubu Qabriel Martinelli və Bukayo Sakanın vurduğu qollar sayəsində qələbə çalıb. Komanda hazırda altı xalla Çempionlar Liqasında beşinci yerdədir. İngilislər üçüncü turda evdə “Atletiko” ilə qarşılaşacaqlar.
Bizi Facebook-da izləyin



