
“Yeni oyunçunun ilk matçında qol vurması əladır”
“Mançester Yunayted” Premyer Liqanın yeni mövsümünə yeni transfer – Coşua Zirkzenin son dəqiqələrdə vurduğu qolla qələbə ilə başlayıb.
Komamda.az “BBC Sport”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın keçmiş kapitanı Roy Kin onun uğurunu belə şərh edib:
“Gözəl performans idi. Aydın və dəqiq. Gözəl qol. Yeni oyunçunun gəlib ilk matçında qol vurması əladır. Çox vacibdir”.
MY ilk turda “Fulhem”i 1:0 hesabı ilə məğlub edib.
“Mançester Yunayted” İngiltərə çempionatının növbəti turunda “Brayton”la qarşılaşacaq. Komanda ötən mövsümü 8-ci yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin