“Göstərdiyimiz oyuna görə hər birimiz üzr istəməliyik” – Qriqorçuk
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Zirə”yə qarşı keçirilən oyun haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
“Starateji olaraq ilk dəqiqələrdə qol buraxmaq yaxşı deyil. Bu, futboldur. Hər bir halda bu gün oynadığımız oyun qəbulolunmazdır. Heç bir şey bizi bu səfər sarsıda bilmədi. İstədiyimiz oyunu oynaya bilmədik. Belə oyundan nə isə gözləmək çətindir. Sözün əsl mənasında daha yaxşı oynamalı idik. Son konfransda da vurğulamışdım ki, bu fasilə bizə yaxşı təsir edəcək və yaxşı oyun göstərəcəyik. Lakin sözümü tuta bilmədim. Üzr istəyirəm. Göstərdiyimiz oyuna görə hər birimiz üzr istəməliyik. Hücüm xəttimizdə də axsaqlıqlar var. İstədiyimiz oyunu göstərə bilmirik. Hər oyundan oyuna sağlamlığımı itirirəm. Bu, yaxşı hal deyil. Mənim komandamın yaxşı futbol oynamaq üçün potensialı var. Bütün məsuliyyəti dərk edərək deyə bilərəm ki, daha yaxşı futbol oynamaq üçün potensialımız var”.
Nəzrin
Bizi Facebook-da izləyin