“Görüş dinamik alındı” – Elmar Baxşıyev
Yeni mövsümün hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” bu gün Küveytin “Əl-Ərəbi” klubu ilə qarşılaşıb.
Komanda.az xəbər verir ki, hesabın açılmadığı matçdan sonra komandanın baş məşqçisi Elmar Baxşıyev fikirlərini bölüşüb:
“Toplanış çərçivəsində sayca ikinci oyunumuzu keçirdik. Hesab açılmasa da, görüş dinamik oldu. Rəqib də möhkəm komanda idi. Yaxşı hazırlıq keçdikləri hiss olunurdu. Futbolçularımın topa daha çox nəzarət etməsi müsbət məqam idi. Ümumiləşdirsək, Ərzurum toplanışı faydalı oldu. Komandama gördüyü işə görə təşəkkür edirəm. Sabah Bakıya qayıdırıq. Çempionata qədər daha bir matçda gücümüzü sınayacağıq. İyulun 28-də əvəzedicilərlə üz-üzə gələcəyik. Bundan sonra avqustun 2-də “Qarabağ”la keçirəcəyimiz matça hazırlaşacağıq”.
Bizi Facebook-da izləyin