Görüş baş tutmadı
Argentinalı hücumçu Paulo Dibala və “Yuventus”un nümayəndələri arasında yeni müqavilənin müzakirəsi ücün nəzərdə tutulan görüş təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. “Juventus” Dibalaya bonuslar nəzərə alınmadan, ildə 7 milyon avro qazanacağı yeni müqavilə təklif etmək istəyir.
Argentinalı futbolçunun Turin klubu ilə hazırkı müqaviləsi bu ilin yayına qədərdir.
Dibala 2015-ci ildən “Yuventus”un formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin