“Bizim üçün asan olmadı, lakin…” – Qasperini
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının yarımfinalında “Marsel”lə ilk oyunun nəticəsindən (1:1) danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı görüşün asan keçmədiyini bildirib:
“Bu görüş bizim üçün asan olmadı, lakin yaxşı nəticə əldə edə bildik. “Atalanta” səfərdə güclü rəqibinə uduzmayıb. Cavab matçında öz meydanımızda üstünlük əldə edəcəyik. Effektiv hücum oyunu göstərməliyik. Bunu səfər oyunundakından daha yaxşı etməliyik”.
Cavab matçı mayın 9-da İtaliyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin