
“Görünür, Mbappe gələcəkdə PSJ-də olmayacaq” – Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike fransalı hücumçu Kilian Mbappenin 2023/24 mövsümünün sonunda gedəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən verir ki, baş məşqçi Mbappenin gedəcəyini təsdiqləyib:
“Görünür, Kilian Mbappe gələcəkdə PSJ-də olmayacaq. Ona görə də, biz digər oyunçularla taktikanı sınaqdan keçirməli olacağıq”.
Daha əvvəl Mbappenin mövsümün sonunda, klubla müqaviləsi başa çatdıqdan sonra PSJ-dən ayrılacağı bildirilmişdi. Onun “Real”a keçəcəyi gözlənilir.
Mbappe bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib, 34 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin