“Golden Foot” mükafatının sahibi açıqlandı
“Golden Foot” mükafatının sahibi bəlli olub.
Komanda.az xəbər verir ki, 2003-cü ildə təsis olunan bu mükafata Kristiano Ronaldo sahib çıxıb.
Portuqaliya milisinin və İtaliya çempionu “Yuventus”un hücumçusu yaşı 29-dan çox olan futbolçular arasında ən yaxşı seçilib. O, azarkeşlər arasında keçirilmiş səsvermədə Lionel Messi (Barselona), Robert Levandovski (Bavariya), Corco Kyellini (Yuventus), Neymar (PSJ), Serxio Aquero (Mançester Siti), Jerar Pike (Barselona), Məhəmməd Salah (Liverpul), Serxio Ramos (Real) və Artur Vidalı (İnter) arxada qoyub.
Qeyd edək ki, futbolun inkişafındakı xüsusi xidmətlərinə görə təqdim olunan “Golden Foot” mükafatına hər futbolçu yalnız bir dəfə sahib ola bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin