“Golden boy”un sahibi “Barselona”nın futbolçusu oldu

“Golden boy” mükafatının sahibi məlum olub.

Komanda.az xəbər verir ki, ən yaxşı gənc oyunçu adına ispaniyalı futbolçu Qavi sahib çıxıb.

“Barselona”nın 18 yaşlı yarımmüdafiəçisi noyabrın 7-də Turində mükafatlandırılacaq.

“Tuttosport”un təsis etdiyi mükafata 20 iddiaçı var idi. Qavi səsvermədə Camal Musiala, Çud Bellingem, Eduardo Kamavinqa kimi futbolçuları qabaqlayıb.

Ötən il “Golden boy”un qalibi “Barselona”nın digər futbolçusu Pedri olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button