Gimnastlar mübarizəyə başlayacaq – Bu gün

Bu gün aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə start veriləcək.

Komanda.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək yarış saat 12:00-da başlayacaq.

Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında iki gün davam edəcək çempionatın qalibləri noyabrın 2-də mükafatlandırılacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button