Braziliyalı uğrunda mübarizəyə “Real” da qoşuldu
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş karyerasını “Real”da davam etdirə bilər.
Komanda.az “Daily Telegraph”-a istinadən xəbər verir ki, “kral klubu” 25 yaşlı futbolçu üçün təklif göndərməyə hazırlaşır.
Braziliyalı oyunçu ilə “Liverpul” və “Barselona” klublarının da maraqlandığı bildirilir.
Madrid klubu futbolçu üçün təxminən 120 milyon avro ödəməli olacaq. “Kral klubu” müqaviləni qış transfer pəncərəsində tamamlamağı planlaşdırır.
Gimarayeş ötən mövsüm 40 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin