Getmək istəmir – “Yüz faiz burda qalıram”
PSJ-nin baş məşqçisi Maurisio Poçettino klubu tərk etmək fikrində olmadığını bildirib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis yüz faiz PSJ-də qalacağını deyib:
“Bu günə qədər heç nə dəyişməyib, mən yüz faiz burda qalıram. Bütün diqqətimi PSJ-yə yönəltmişəm. 2023-cü ilin iyununa qədər müqaviləm var. İşləməyə davam etmək istəyirəm”.
Daha əvvəl PSJ-nin prezidenti Nasser Əl-Xələfi klubdakı bütün dəyişikliklərin gələn həftə açıqlanacağını bildirmişdi.
PSJ bu mövsüm Liqa 1-də çempion olsa da, Çempionlar Liqasının 1/8 finalında “Real”a, Fransa kubokunun 1/8 finalında isə “Nitsa”ya uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin