Geryenin baş tutmayan Polşa arzusu
“Qarabağ”ın yenidən transfer etdiyi Donald Gerye “Neftçi”dən ayrıldıqdan sonra Polşada çıxış etmək istəyib.
Komanda.az “Transfery.info” saytına istinadən xəbər verir ki, haitili futbolçu, Polşanın “Legiya” (Varşava) və “Visla” (Krakov) klublarında oynamaq niyyətində olub. Lakin hər iki klub Geyreyə maraq göstərmədiyi üçün o, yenidən Ağdam təmsilçisinə qayıdıb və bir illik müqavilə bağlayıb.
Gerye əvvəllər də Polşada çıxşı edib. 2013-2016-cı illərdə “Visla”nın formasını geyinən 31 yaşlı futbolçu, 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib. Gerye 2019-cu ilin yayında “Neftçi” keçib və mayın sonunda paytaxt klubundan ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin