Geryedən “Qarabağ”la bağlı açıqlama – Bu məsələ bağlanıb
“Qarabağ”ın haitili futbolçusu Donald Gerye Ağdam klubundakı gələcəyi ilə bağlı danışıb.
Komanda.az xəbər verir ki, Gerye ölkəsinin mətbuatına verdiyi açıqlamada, “Qarabağ”dan ayrılmayacağını bildirib:
“Artıq bu məsələ bağlanıb. “Qarabağ” klubu məni buraxmağı, ya da satmağı planlaşdırmır. Müqavilə müddətinin sonuna kimi “Qarabağ”da qalacam”.
Geryenin “Qarabağ”la müqaviləsi bu ilin yayında bitir.
Bir müddət əvvəl çıxan xəbərlərdə, Gerye ilə İngiltərənin “Lester” və “Brayton” klublarının maraqlandığı iddia olunurdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin