“Qarabağ”ın futbolçusundan xeyirxah addım

“Qarabağ”ın haitili futbolçusu Donald Gerye ölkəsində xeyriyyə matçı təşkil edəcək.

Komanda.az “haititempo.com” saytına istinadən xəbər verir ki, xeyriyyə matçı dekabrın 27-də təşkil ediləcək. Oyundan əldə ediləcək vəsait ölkənin xəstəxanalarından birinə bağışlanacaq. Gerye, sayta açıqlamasında bu qərarı ilə bağlı bunları deyib:

“Ölkədə bəzi xəstələrin dərman ala bilməməsi məni bu qərarı verməyə vadar etdi. Bu insanlara kömək məqsədiylə belə addım atmağı seçdik. Oyuna radio və telekanalları da dəvət edəcəyik. 5-10 nəfərə deyil, çox sayda insana kömək etməyə çalışırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button