“Bu təklifi müsbət cavablandırdım və milliyə qayıtdım” – Gerye
“Qarabağ”ın haitili futbolçusu Donald Gerye ölkəsinin mətbuatına açıqlama verib.
Komanda.az “haititempo.com”a istinadən xəbər verir ki, Gerye, millidəki karyerasını bərpa etdiyini bildirib:
“Haiti hökumətində çalışan bir nəfərlə futbol federasiyasının bəzi rəhbər şəxsləri ilə yaşadığım problemlər barədə danışdım. O, bir neçə həftə sonra mənə bildirdi ki, artıq həmin şəxslər orda yoxdur, milliyə qayıda bilərəm. Ölkənin mənə ehtiyacı olduğunu bildirdi. Ona bu barədə həyat yoldaşımla danışmalı olduğumu dedim. Mənə bildirdi ki, mən Haitinin səfiriyəm və geri qayıtmalıyam. Bu təklifi müsbət cavablandırdım və milliyə qayıtdım”.
Gerye 2021-ci ildəki hədəfi barədə də danışıb:
“2021-ci ildə klubumla çempionluğu qazanmaq və Haiti ilə dünya çempionatının final mərhələsinə yüksəlmək niyyətindəyəm. DÇ-2022-də oynamaq istəyirəm”.
Bizi Facebook-da izləyin