Gerye “Legiya” ilə oyunda iştirak edə biləcək?

“Qarabağ”ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün keçiriləcək “Legiya” (Polşa) ilə oyunda iştirak edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə o, “przegladsportowy.pl” saytına açıqlamasında deyib. Haitili futbolçu artıq oyunun keçiriləcəyi Varşava şəhərində olduğunu bildirib:

“Mən Haiti prezidentinin dostuyam (gülür)”.

31 yaşlı futbolçu pasportunun vaxtı bitdiyi üçün səfər matçına yollana bilməmişdi.

“Legiya” – “Qarabağ” oyunu bu gün, saat 22:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button