“Geri qayıtmaq istərdim, amma…” – “Arsenal”ın futbolçusu
“Arsenal”ın yarımmüdafiəçisi Jorginyo İtaliyaya mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.
Komanda.az TMW-yə istinadən xəbər verir ki, italiyalı futbolçu “Arsenal”la yarımçıq işi olduğunu bildirib:
“Şübhələnirəm. Geri qayıtmaq istərdim, amma doğru vaxtın nə vaxt gələcəyini bilmirəm. Bəli, mən bunu istəyirəm, amma indi hiss edirəm ki, “Arsenal”da hələ yarımçıq işim var, ona görə də dəqiq bir şey deyə bilmərəm”.
Jorjinyi 2018-ci ildə “Napoli”dən ayrılaraq “Çelsi”yə keçib. 2022-ci ildə “Arsenal”ın oyunçusu olub. 31 yaşlı futbolçunun “topçular”la müqaviləsi bu mövsümün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin