Ronaldo: “Geri qayıtmaq çox xoşdur”

”Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo sosial şəbəkədə yeni paylaşım edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu tezliklə Səudiyyə Ərəbistanı klubunun düşərgəsinə qoşulacağını açıqlayıb:

“Geri qayıtmaq çox xoşdur”.

39 yaşlı futbolçu Avropa çempionatında Portuqaliya millisi ilə çıxış etdikdən sonra istirahət edib.

Ronaldo 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button