“Geri qayıtmaq çox gözəldir!”
İngiltərəli hücumçu Harri Keyn “Bayern”ə qayıdıb və yeni mövsümün hazırlığına başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkədə Münhen klubunun məşqindən qısa mətnlə bir neçə foto yayımlayıb:
“Geri qayıtmaq çox gözəldir!”
İngilis futbolçu Avropa çempionatındakı çıxışından sonra ehtiyac duyduğu məzuniyyət səbəbindən mövsümöncəsi hazırlığın əhəmiyyətli hissəsini buraxıb.
Keyn 2023-cü ilin yayından “Bayern”də çıxış edir. 31 yaşlı futbolçu Münhen klubunun heyətində 45 rəsmi oyun keçirib, 44 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin