“Qorxuruq!”
İtaliyanın “Breşiya” klubunun futbolçusu Daniele Qastaldello koronavirus pandemiyası səbəbiylə dayandırılan A Seriyasının mümkün bərpası ilə bağlı açıqlama verib.
Komanda.az “La Repubblica”ya istinadən xəbər verir ki, 36 yaşlı futbolçu, çempionatın bərpa olunması ilə razılaşmadığını bildirib:
“Özümüzü güvəndə hiss etmirik. Bizdən məşqlərə davam etməyimizi və meydana qayıtmağımızı istəyirlər. Bu, bütün futbolçuların sağlamlığını təhlükəyə atır. Mən həm də komanda yoldaşlarımın adından danışıram. Geri qayıtmağın əvəzi sağlamlığımızdırsa, buna dəyməz. Qorxuruq! Biz peşəkarıq, amma həm də insanıq. Ailəmiz, övladlarımız var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin