Neymar: “Geri döndüyüm üçün xoşbəxtəm!”

“Santos”un hücumçusu Neymar il yarımdan sonra Braziliya millisinə çağırılmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında geri döndüyü üçün xoşbəxt olduğunu söyləyib:

“Geri döndüyüm üçün xoşbəxtəm!”

Neymarın Braziliya millisində son oyunu 2023-cü il oktyabrın 18-də baş tutub. Beş qat dünya çempionları DÇ-2026-nın seçmə mərhələsində Uruqvay millisinə uduzub (0:2), Neymar bir hissə meydanda olub.

33 yaşlı forvard ümumilikdə millidə 128 oyun keçirib, 79 qol vurub və 59 məhsuldar ötürmə verib. O, peşəkar futbolçu karyerası ərzində “Barselona”, PSJ və “Əl-Hilal” klublarında çıxış edib. Neymar hazırda yetirməsi olduğu “Santos”un rənglərini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button