“Gent”in daha 2 futbolçusu “Qarabağ”la oyunu buraxa bilər
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent”in daha iki futbolçusu Belçikadakı cavab oyununu buraxa bilər.
Komanda.az “Demorgen” nəşrinə istinadən xəbər verir ki, müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hülsager “köhlən atlar”la matçda olmaya bilər.
Okumu Bakıdakı ilk oyunda xəsarət alıb. Hülsager isə “Aud-Heverle Lövyen”lə çempionatın 26-cı tur matçında sıradan çıxıb.
Daha əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada zədələnən Alessio Kastro-Montesin də növbəti oyunda iştirakı sual altındadır.
“Qarabağ” “Gent”ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda “köhlən atlar” 1:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin