“Gent”in baş məşqçisi şikayətləndi – “Qarabağ”la oyundan əvvəl
Belçikanın “Gent” komandası UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunundan əvvəl zədəlilərin çoxluğundan əziyyət çəkir.
Komanda.az xəbər verir ki, bu barədə “Gent”in baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlamasında deyib.
O, Belçika çempionatında “Leuven”i 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra zədəlilərin çoxluğundan şikayət edib:
“Qarabağ”la oyundan öncə çoxlu zədəlilərimiz və formada olmayan oyunçularımız var. Komandamın vəziyyətini bilirəm. Ancaq bu problemlərə görə təslim olmayacağıq. Həm çempionatda, həm də Konfrans Liqasında mübarizəmizi davam etdirmək istəyirik”.
Fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək. Bakıdakı ilk matçda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Bizi Facebook-da izləyin