“Gent” “Qarabağ”la oyunlar öncəsi ciddi itki ilə üzləşdi

Belçikanın “Gent” komandasının hücumçusu Darko Lemayiç Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri hər iki oyunu buraxacaq.

Komanda.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Heyn Vanhazebruk yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, bud əzələsi yırtılan serbiyalı hücumçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 59 yaşlı mütəxəssis zədəsini sağaldan Gift Orbanın isə sıraya qayıtdığını söyləyib.

Gent təmsilçisində Tarik Tissaudali, Vadis Ocica, Matiss Samuaz, Nurio Fortuna və Endryü Hülsager də zədədən əziyyət çəkir. Onların Ağdam klubu ilə Bakıdakı matçda iştirakları sual altındadır.

Xatırladaq ki, “Qarabağ”la “Gent” arasındakı ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Gentdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button