
“Gent” “Qarabağ”a təşəkkür etdi
“Gent” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra “Qarabağ”a təşəkkür edib.
Komanda.az xəbər verir ki, bununla bağlı Belçika klubunun sosial şəbəkə hesabında paylaşım edilib:
“Bizi qəbul etdiyiniz üçün təşəkkürlər, “Qarabağ”. Gözəl şəhər, sevimli insanlar, möhtəşəm oyun. Gələn həftə görüşənədək”.
“Qarabağ” – “Gent” görüşü Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu fevralın 23-də, Belçikada olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin