“Gec-tez Mbappesiz oynamalı olacağıq” – Luis Enrike
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının 24-cü turunun matçında “Monako” ilə heç-heçədən (0:0) sonra Kilian Mbappenin fasilə zamanı əvəzlənməsinin mümkün zədə ilə bağlı olmadığını açıqlayıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bu vəziyyətə uyğunlaşmalı olduqlarını bildirib:
“Gec-tez Mbappesiz oynamalı olacağıq, mən komanda üçün ən yaxşı həll yollarını tapmağa çalışıram. Bu bəzən asılılıq yaradır. Gec-tez bizimlə oynamağı dayandıracaq, buna uyğunlaşmalı olacağıq. Daim qərarlar verməliyəm. Komanda üçün ən yaxşı qərarlar verməliyəm. Mübahisə etmək istəmirəm, bu mənim qərarım idi”.
Liqa 1-də turnir cədvəlinə 55 xalla PSJ başçılıq edir. “Monako” 42 xalla 3-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin