Gənclər və İdman Nazirliyinin jurnalistlər və mətbuat katibləri üçün seminarı başa çatıb
Gənclər və İdman Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birlikdə növbəti media treninqi təşkil edib.
Komanda.az xəbər verir ki, dörd gün davam edən təlimdə 26 idman qurumundan 29 mətbuat xidməti əməkdaşı və 19 media qurumundan 21 jurnalist iştirak edib.
Beynəlxalq media eksperti Martin Mazurun iştirakı ilə keçən təlimin ilk iki günü idman jurnalistikası, sonrakı iki günü isə mətbuat xidməti işinin təşkili mövzularına həsr edilib.
Treninq fevralın 23-də yekunlaşıb. İştirakçılara sertifikatların verilməsi mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bu cür təlimlərin ölkə idman mediasının inkşafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb, treninq iştirakçılarına uğurlar arzulayıb. Bu, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən 3-cü beynəlxalq təlimdir.
Sonda iştirakçılara sertifikatları nazir Fərid Qayıbov və təlimçi Martin Mazur təqdim ediblər.
Bizi Facebook-da izləyin