“Gəncə”nin yeni baş məşqçisi açıqlandı

“Gəncə” basketbol komandasının yeni baş məşqçisi açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, Azərbaycan çempionatının gümüş mükafatçısı türkiyəli mütəxəssis Bedri Meriçə həvalə olunub. 41 yaşlı mütəxəssislə mövsümün sonuna kimi olan muqavilə bağlanılıb.

İlk dəfə ölkə xaricində işləyəcək Bedri Meriç Türkiyədə “Anakaragücü” və “Böyük Anadolu” klublarında çalışıb. Onun oğlu Derin Berköz 16 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button