
“Gəncə”dən baş məşqçisi ilə yeni müqavilə
“Gəncə” basketbol klubu baş məşqçisi Halil Atlı ilə müqavilə müddətini uzadıb.
Bu barədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.
38 yaşlı mütəxəssis ötən mövsüm “Gəncə”ni Azərbaycan kubokunun finalına və pley-offa daşıyıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



