“Gəncə”də yeni voleybolçu
“Gəncə” klubu heyətini yeni voleybolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, ukraynalı Olena Napalkova yeni mövsümdən qərb təmsilçisinin uğurları üçün çalışacaq.
O, ötən mövsümü Kiprin “Nea Salamina” klubunda keçirib. Voleybolçu daha əvvəl Finlandiyanın “Liqa Ploki”, Polşanın “AZS Politexnika Şlask Qlivitse”, Ukraynanın “Prometey” və “Ximik Yujnı” klublarında forma geyinib.
“Gəncə” bu transferədək yerli voleybolçular – Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina və tailandlı Tiçakorn Bunlerti heyətinə qatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin