
Gəncədə keçiriləcək Şahmat Festivalının mükafat fondu açıqlandı
“Ganja Open 2025” Beynəlxalq Şahmat Festivalının mükafat fondu açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Festival ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində baş tutacaq. Mükafat fondu 41 200 manat olan festival A və B qruplarında keçiriləcək. Festival çərçivəsində rapid və blits üzrə turnirin təşkili də nəzərdə tutulub.
A qrupunda 2000 və daha yüksək reytinqli şahmatçılar, B qrupunda isə 1999-dək olan şahmatçılar iştirak edə bilər. Rapid və blitsdə isə reytinq məhdudiyyəti tətbiq edilmir.
“Ganja Open 2025” “Azərbaycan Şahmat Turu” layihəsində sayca 7-ci açıq yarışdır. Festival “Baku Open”dən sonra ən böyük mükafat fonduna sahib olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin