
Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
Gəncə şəhərində yerləşən 1 saylı tam orta məktəbdə minifutbol turniri keçirilib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mərhum prezident Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən yarışda qalib gələn komanda AFFA tərəfindən kubok və medallarla təltif olunub.
Kuboku qalib komandaya AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin