![](https://komanda.az/wp-content/uploads/2025/02/cfad3ba5-c643-3689-b3f8-d7937f5f1289_850-780x470.jpg)
“Gəncə” və “Abşeron”dan asan qələbə
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, günün ilk matçında Gəncə İdman Sarayında “Gəncə” “Azərreyl”ə 3:0 hesabı ilə qalib gəlib.
Son iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub. Burada “Abşeron” “Murov Az Terminal”ı, “Milli Aviasiya Akademiyası” isə UNEC-i eyni hesabla (3:0) üstələyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin