Gəncə üçün ilk: Avropa çempionatı keçiriləcək

Gəncədə ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Komanda.az-a verilən məlumata görə, qitə yarışında 17 ölkədən gimnastlar qalib adı uğrunda mübarizə aparacaqlar.

Noyabrın 9-dan 11-dək yeniyetmələr və 15 yaşadək idmançılar, 14-dən 16-dək isə böyüklər qüvvələrini sınayacaqlar.

Avropa çempionatı Gəncə İdman Sarayında baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button