“Gəncə” tailandlı oyunçu ilə müqavilə bağlayıb

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini tailandlı oyunçu ilə gücləndirib.

Bu barədə Komanda.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Tailand millisinin üzvü Tiçakorn Bunlert ilə bir illik müqavilə imzalanıb.

Ötən mövsümü ölkəsində “Diamond Food Fine Chief” komandasının heyətində keçirən voleybolçu ilk dəfə legioner həyatı yaşayacaq.

“Gəncə” daha əvvəl yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova və rusiyalı oyunçu Anastasiya Atepalinanı heyətinə qatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button