“Gəncə” rusiyalı voleybolçu transfer edib
Qadın voleybolçulardan ibarət “Gəncə” komandası heyətinə yeni legioner qatıb.
Komanda.az xəbər verir ki, rusiyalı Anna Dmitrieva transfer edilib. O, yeni mövsümdə Yüksək Liqada debüt edəcək “Gəncə” ilə bir illik müqavilə bağlayıb.
Dmitrieva ötən mövsümü ölkəsinin “Peterburq-Qaz” komandasında keçirib. O, belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında oynayacaq.
“Gəncə” mövsümöncəsi Azərbaycan millisinin üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva və Anna Balberovanı heyətinə qatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin