
“Gəncə” məğlubiyyətə üzüldü
Bu gün qadın voleybolçular arasında Yüksək Liqada 12-ci turun növbəti oyunu keçirilib.
Komanda.az xəbər verir ki, Gəncə İdman Sarayında “Gəncə” komandası “Milli Aviasiya Akademiyası” klubunu qəbul edib.
Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları 27 fevralda keçiriləcək.
“Gəncə” – “Milli Aviasiya Akademiyası” 1:3 (14:25, 16:25, 25:23, 17:25)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin