“Gəncə” “Lənkəran”ı məğlub yola saldı

“Gəncə” Azərbaycan Basketbol Liqasında liderliyini davam etdirir.

Komanda.az xəbər verir ki, B qrupunda yer alan bölgə təmsilçisi 17-ci turda “Lənkəran”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 90:76.

Xallarının sayını 30-a çatdıran “Gəncə” birinci pillədə qərarlaşıb. “Lənkəran” 20 xalla sonuncu – altıncı sıradadır.

Saat 19:00-da star götürəcək digər matçda “Ordu” “Sumqayıt”ın qonağı olacaq.

Turun daha əvvəl baş tutan görüşlərində NTD “Naxçıvan”ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, “Abşeron” “Sərhədçi”ni 77:75 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button