
“Gəncə” ikinci oyunda da qələbə qazandı
Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci görüşlərinə start verilib.
Komanda.az xəbər verir ki, “Lənkəran” evdə “Gəncə”ni qəbul edib. Lənkəran Olimpiya İdman Kompleksində keçirilən oyun Gəncə klubunun 100:74 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında baş tutan ilk görüşdə də Gəncə təmsilçisi qələbə qazanmışdı – 96:92.
Pley-in mərhələsinin digər görüşləri sabah keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



