“Gəncə” belaruslu mütəxəssislə müqavilə bağlayıb
Qadın voleybolçulardan ibarət “Gəncə” klubunda yeni təyinat olub.
Bölgə təmsilçisinin mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, klub Pavel Abaşevi heyətinə qatıb.
Belaruslu statist bir illik müqaviləyə imza atıb.
Mütəxəssis ötən mövsüm “Beloqore” klubu ilə Rusiya Super Liqasında bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin