“Gəncə” Azərbaycan millisinin üzvləri ilə müqavilə bağlayıb
Yeni mövsümə hazırlığı davam etdirən “Gəncə” heyətini yeni voleybolçularla gücləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvləri Yuliya Kərimova və Nərminə Musayeva ilə müqavilə imzalanıb.
“Gəncə” daha əvvəl yığmanın digər voleybolçusu Ülkər Kərimova ilə anlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin